Hökumət vergi amnistiyasına hazırlaşır - Palatada toplanma
Ölçü:


Maliyyə Bazarlarına Nəzarət Palatasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti görüşü keçirilib.

Koordinat.az
xəbər verir ki, görüşdə kapital bazarının inkişafı ilə bağlı təkliflərin əks olunduğu təqdimat edilib, vergi amnistiyası, kütləvi yerləşdirmələrə dəstək, kütləvi təklif edilmiş istiqrazlara zəmanətin verilməsi, emitentlərə vergi güzəştlərinin verilməsi, emissiya prosesinin sadələşdirilməsi, institusional investorlara dair tələblərin sadələşdirilməsi (ödəmə mənbəyindən vergilərin ödənilməsindən azad etmə), həmçinin bankların investisiya şirkətlərinin agentləri qismində çıxış etmə imkanının yaradılması, ticarətin elektronlaşması mövzuları əhatə olunub.

Bundan əlavə, təqdimatda növbəti ilin icra və kommunikasiya planı ilə bağlı ilkin təkliflər müzakirə edilib, kiçik və orta sahibkarların maliyyələşdirilməsi məsələsinə baxılması qərara alınıb.

Sonda təqdim olunmuş bir çox məsələlərin layihə formatına salınaraq Komissiyaya təqdim edilməsi qərara alınıb.

05.11.2019 19:16:00
Oxuma sayı: 24