İran ərəb ölkələri ilə dialoqa başlayır
Ölçü:

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına məktub ünvanlayıb.

Koordinat.az
xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi məlumat yayıb. O bildirib ki, bölgədə təhlükəsizliyin təmin olunması yalnız region dövlətlərinin qarşılıqlı əməkdaşlığı ilə mümkündür. Kənar qüvvələr bölgəyə təhlükəsizliyi təmin etmək üçün deyil, öz maraqları naminə gəlirlər. İran ilə Səudiyyə Ərəbistanı yaxın qonşu olmaqla yanaşı, həm də din birliyinə malikdirlər. ABŞ-ın sanksiyaları Tehran ilə Ər-Riyadın əlaqələrinə zərər vurmamalıdır. İran həmişə qonşuları ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olub.

Ə.Rəbbi nəzərə çatdırıb ki, İran regionda sülhün və əmin-amanlığın davamlı olmasında kollektiv səylərin göstərilməsinə tərəfdardır.

Xatırladaq ki, son 2 ayda İran ilə Səudiyyə Ərəbistanı münasibətlərində istilik müşahidə olunur. Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman da İranın xoşməramlı addımlarını bəyəndiyini vurğulayıb.

Yerli mətbuat yazır ki, İran gərginliyi aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə dialoqa başlamaq və əlaqələri bərpa etmək niyyətindədir.

05.11.2019 16:07:00
Oxuma sayı: 24