“SƏLİS Jurnalist” nominasiyası üzrə müsabiqə keçiriləcək
Ölçü:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi edir.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edir. Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir
1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları
2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması
3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.

Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:
1-ci yer – 1200 (min iki yüz) manat
2-ci yer- 800 (səkkiz yüz) manat
3-cü yer – 500 (beş yüz) manat

Müsabiqənin şərtlərinə gəlincə, yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır. Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır. Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır. Yazılar Azərbaycan dilində yayımlanmalıdır; Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.

Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr - 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır. 5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək. 15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.

Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq ebagirli@cssn.gov.az. e-poçtuna göndərilməlidir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər. Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).

Qeyd: Müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 20 noyabr 2019-cu ilə kimi layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar.

05.11.2019 12:13:00
Oxuma sayı: 25