Banklar faizlərdən nə qədər gəlir əldə edir? - CƏDVƏL
Ölçü:

Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin həcmi açıqlanıb.

Koordinat.az fed.az-a istinadən bildirir ki, Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin həcminə görə faizlərdən ən çox gəlir əldə edən banklara Azərbaycan Beynəlxalq Bankı liderlik edir. Belə ki, ölkənin ən iri kommersiya banklarından sayılan Azərbaycan Beynəlxalq Bankının 2019-cu ilin üçüncü rübünün sonunda əldə etdiyi faiz gəlirləri 334 min 194 manat olub. Bu sırada ikinci yeri 293 min 929 manatla "Kapitalbank",  üçüncü yeri 146 min 408 manatla "Paşa Bank" tutur. Faiz gəlirlərinin həcminə görə sonrakı yerlərdə "Xalq Bank" (82 min 512 manat), "Unibank" (70 min 371 manat), "Accesbank" (64 min 58 manat), "Bank Respublika" (50 min 112 manat), "Nikoyl Bank"  (44 min 103 manat) və digərləri gəlir.

 


05.11.2019 11:54:00
Oxuma sayı: 15185