49 yaşlı kişi velosiped oğurlayarkən tutuldu
Ölçü:



Sumqayıtda oğurluğa cəhd olub.

Koordinat.az xəbər verir ki, dünən gecə saat 03:30 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən C.Süleymanovaya məxsus evdən bir ədəd kombi və bir ədəd velosiped oğurlayıb qaçarkən, qəsəbə sakini əvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Musayev Cəlal Hidayət oğlu polis tərəfindən yaxalanıb.

O, ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-də araşdırma aparılır.
14.01.2018 12:30:00
Oxuma sayı: 55