ReAl Partiyasının qurulyata hazırlaşır
Ölçü:

ReAl Məclisinin dünənki qərarına görə, ReAl-ın hazırki idarəetmə qurumlarından ikisi (Məclis və İdarə Heyəti) buraxılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə ReAl Partiyası İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib. Onun sözlərinə görə, partiya yeni qurultaya gedir. Qurultaya qədər partiyanı sədr təkbaşına idarə edəcək. Yeni qurultayda yeni nizamnamə qəbul olunacaq: “Partiyanın birinci qurultayında qəbul olunmuş nizamnamənin başlıca məqsədi riskləri azaltmaq, onları səmərəli idarə etmək olub. Həmin dönəmdə İlqar Məmmədov hələ həbsdə idi və nə zaman azadlığa çıxacağı bilinmirdi. İlqar Məmmədova qanunsuz və ədalətsiz olaraq verilmiş cəzanın müddəti başa çatana qədər ikinci qurultayın vaxtı gələcəkdi. Bugün İlqar Məmmədov azadlıqdadır, qarşıdan parlament seçkiləri gəlir. İndiki durumda partiyanın strategiyası riskləri azaltmaq deyil, uğur qazanmaq olmalıdır. Bu, daha çevik idarəetməni tələb edir".

Erkin Qədirli deyib ki, ReAl-ın birinci qurultayında o, sədrin qurultay tərəfindən deyil, İdarə Heyəti tərəfindən seçilməsini təklif edib və nizamnamənin layihəsinə qarşı çıxıb. Lakin o zaman bu təklif keçməyib: "İlqar Məmmədovun özü də sədrin qurultay tərəfindən seçilməsi təklifini dəstəkləmişdi. Bu gün İlqar Məmmədov fikrini dəyişdi. Onun yeni təklifi mənim o zamanki təklifimin eynisi olmasa da, sədrin qurultay tərəfindən birbaşa seçilməməsi məsələsində ona oxşardır. Sədr partiyanın ayrıca idarəetmə qurumu olmamalıdır. O, bərabərlər arasında birinci olmalıdır”.
04.11.2019 17:28:00
Oxuma sayı: 24