Bəzi banklar dövlət ipoteka kreditləri üzrə limitdən istifadə etməyib
Ölçü:


İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə 2018-ci ildə 24 müvəkkil bank üzrə 247 mln. manat məbləğində limit müəyyən edilsə də, 193 965,96 min manat (78,53%) məbləğində, o cümlədən 9 bank üzrə 4-69%, 7 bank üzrə 70-81%, 8 bank üzrə isə 82-99% icra olunub.

Koordinat.az
xəbər verir ki, bu, Hesablama Palatasının İpoteka və Kredit Zəmanət Fondunun 2018-ci il üzrə fəaliyyətinə dair apardığı audit zamanı üzə çıxıb. Auditlə əhatə olunan dövr üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün 23 müvəkkil bank üzrə 80 mln. manat məbləğində limitin ayrılması təsdiq edilsə də, icra 66 813,4 min manat (83,52%) təşkil edib.

Fond tərəfindən 2018-ci ildə ipoteka kreditlərinə zəmanətlərin verilməsi üzrə limit 21 müvəkkil bank üzrə 171 342,5 min manat məbləğində təsdiq edilsə də, il ərzində limit çərçivəsində verilmiş razılıq 772,7 min manat məbləğində (0,45%) olub.

Sənəddə qeyd edilib ki, Fondun istiqrazları üzrə Milli Depozit Mərkəzinə 2018-ci il ərzində 502,5 min manat məbləğində, o cümlədən xidmət haqqının 125,2 min manatı nominalı müddət sonu ödənən istiqrazlar, 377,3 min manatı isə ipoteka istiqrazları üçün ödənilib. Lakin ipoteka istiqrazları üzrə xidmət haqqı dövriyyədə olan istiqrazların məbləğinə uyğun hesablamalar aparılarsa, ödəniləsi məbləğ 336 min manat, yəni 41,3 min manat az təşkil edərdi.
04.11.2019 18:09:00
Oxuma sayı: 160