Kadrların gəncləşdirmə siyasətinə fəlsəfi baxış - Şahlar Əsgərovdan tövsiyə
Ölçü:


Şahlar Əsgərov,
Prof. əməkdar elm xadimi

Son kadr islahatları cəmiyyət tərəfindən məmnunluqla  qarşılandı. Bu məmnunluğun  yaranmasının səbəbi nədir? – sualına bu yazıda cavab verilir.

Müxtəlif  iclaslarda, TV və KİV-lərdə siyasilərin, ziyalıların çıxışlarında “şəxsi mənafe” və  “ictimai mənafe” sozlərindən gəlişi gözəl sözlər kimi tez tez istifadə edilir. Ancaq bu sözlərdən dövlətçilik üçün vacib meyar düzəltmək mümkündür. “Kamilləşən Bəşəriyyət” (Bakı, 2016) kitabımda ictimai mənafenin şəxsi mənafeyı nisbətini  sosial hadisələri qiymətləndirmək üçün meyar kimi istifadə edilmiş  və bu nisbət  kamillik  əmsal adlandırılmışdı:

Kamillik əmsalı  =  ictimai mənafe: şəxsi  mənafe

Oktyabr ayında Azərbaycan prezidenti cənab İlham Əliyev çıxışlarının birində “islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”- demişdi.

Prezident “islahat yolunun yolçuları”  deyəndə, şübhəsiz, ictimai mənfeni şəxsi mənafedən üstün tutan məmurları nəzərdə tutur. Vaxtı ilə Almaniya kansleri Otto Bismar  deyirdi: pis qanunlarla və yaxşı məmurlarla idarəçilik hardasa mümkündür. Amma  pis məmurlarla iş görəndə heç bir qanun kömək etməz. Şübhə etmirəm ki, O.Bismar pis məmur deyərkən, şəxsi mənafe daşıyıcılarını nəzərdə tuturdu.
Qeyd edim ki, insanlar anadan şəxsi mənafə ilə doğulurlar və onların uşaq yaşlarında ictimai mənafeləri olmur. Ancaq  yaşa dolduqca, təhsil aldıqca, dünyagörüşü artdıqca insanın  ictimai mənafeyi də yaranır. Bu səbəbdən hər bir fərdin həm ictimai mənafeyi, həm də şəxsi mənafeyi var və bu mənafelərin nisbi cəmi vahiddir. İnsandan başqa bütün canlı varlıqlarda ancaq şəxsi mənafesi var.  Məmur var ki, ancaq şəxsi mənfe daşıyıcısıdır, məmur da var ki, ictimai mənfe daşıyıcısıdır. Ancaq məmurların əksəriyyəti müəyyən nisbətdə hər iki mənafenin daşıyıclsıdır. Belə insanlar zaman keşdikcə, inkişaf eddikcə iştimai mənafeləri artır, şəxsi mənafeləri azalır.

Kəsrin sürətini artdıqca  kamillik artır, məxrəci artdıqca isə cahillik artır.  Kamillik artdıqca dövlət məmurunun  və ya menicerin qəbul etdiyi düz qərarların faizi artır. Əksinə, kamillik azaldıqca məmurun qəbul etdiyi səhv qərarların faizi artır. Məmurların qəbul etdiyi düz qərarlar dövləti qüdrətləndirir, səhv qərarlar isə dövləti zəiflədir. Kəsrin sürəti məxrəcdən neçə dəfə çox olarsa, kamillik əmsalı da bir o qədər yüksək olar. Yəni dövlət məmurlarının qəbul etdikləri düz qərarların total cəmi çox olar. Kəsrin məxrəci böyük olarsa,  qəbul olunan səhv qərarlar da çox olar. Birinci halda dövlət inkişaf edər, yüksələr, ikinci halda  dövlət zəifləyər. Bizə isə dövlətin qüdrətlənməsi lazımdır. Düz qərarların hikməti böyükdür.  “Düz qərarlar qəbul etməklə insan şəxsiyyət, dövlətlət isə qüdrətli dövlətə çevrilirlər”-fikrini illər öncə söyləmişdim.

Kadr məsələsinin fəlsəfəsinin başa düşmək üçün kamillik əmsalını bir açar hesab etmək olar. Bu tezisi isbat etmək üçün fərz edək ki, keçid dövrünü yaşayan bir ölkədə iki bənzər şirkətin birinə yaşlı (70 yaş), digərinə  cavan (30 yaş) rəhbər təyin edilib. Yuxarıdakı düsturun işığında  bu firmaların işini araşdıraq. Keçid dövrünü yaşayan ölkəmizdə yaşlı və cavan direktorların idarəçiliyi  haqqında fikir söyləyək.                        
                                       
Cavan direktor  əsasən düsturun məxrəcinə yox, sürətinə işləyər və dövlət mənafeini daha yaxşı qoruyar. Çünki dovlətçilik hissi  böyükdür. Orta və ali məktəblərdə dovlət qayğısı ilə təhsil aldığı hələ yaddan çıxmayıb. Digər tərəfdən dövlətin varına göz tikən  qohum -əqraba, dost- tanışı da şox deyil. Bu halda kəsrin sürəti böyük, məxrəci isə kiçik olar. Kamillik öz sözünü deyər. Cavan kadrın qəbul etdiyi düz qərarların faizi yüksək olar və  dövlət qüdrətlənər.

Güman etmək olar ki, yaşlı direktor fəaliyyətində kəsrin sürətinə yox, məxrəcinə işləyər. Çünki onun  qohum - əqrabası çox şaxəlidir: a) 1- ci köynək qohumları: ata-anası, bacı- qardaşı; 2-ci köynək qohumlar: əmioğlu, dayıoğlu, xala oğlu və b.k;  b) yeni nəsil qohumlar: quda, yeznə, kürəkən, gəlin   və s. c) 3 –cü nəsl qohular : nəvələr şəbəkəsi, yeni gəlinlər və onların ata –anası, qohum qardşı və bunun kimi. 

Müşahidələr göstərir ki, yaşlı direktor  yaxın –uzaq qohum əqrabanın çox hissəsini profesional qabiliyyəti nəzərə almadan işlə təmin edir. Bu insanlar kəsrin məxrəcinə işləyirlərvə səhv qərarlar qəbul edərək, dövlətin inkişafına böyük  əngəllər törədirlər.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, kadrların gəncləşdirilməsində hikmət böyükdür.  Bu səbəbdən də ölkə prezidenti tövsiyə edir: “savadlı gənc kadrlar işə cəlb edilməlidir”. Belə olan halda xaricə beyin axmaz, əksinə xaricdə məskunlaşmış talantlı gənclik vətənə dönər. Sonda böyülü-kiçikli işəgötürənlərə müracət edirəm: prezidentin tövsiyəsinə əməl edin: üzünüzü gənclərə tutun ki, səsiniz gələcəkdən gəlsin.
02.11.2019 12:22:00
Oxuma sayı: 263