Fazil Məmmədovun qudası rəsmən işdən çıxarıldı
Ölçü:



Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb.

Koordinat.az xəbər verir ki, yeni nazir müavininin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.
14.01.2018 11:41:00
Oxuma sayı: 478