Bakının iki əsas yolunda sürət həddi azaldıldı
Ölçü:


Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. Məlumata görə, Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. Onun sözlərinə görə, hər iki yolda sürüşkən yol işarəsi qoyulub.

Mais Ağayev bildirib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”. 
13.01.2018 19:52:00
Oxuma sayı: 41736