Bir ayda Təhsil Nazirliyinə 21 528 müraciət daxil olub
Ölçü:


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 528 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 8572 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 956 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (632 ərizə, 1223 məktub) qəbul olunub və qeydiyyata alınıb.
01.11.2019 10:45:00
Oxuma sayı: 270