İsa Qəmbər xəstəxanaya yerləşdirildi
Ölçü:


Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

Koordinat.az
  “Report”a istinadən xəbər verir ki, Müsavat başqanı Arif Hacılı bu gün İ.Qəmbərin ürəyində narahatlıq yarandığını açıqlayıb. Onun sözlərinə görə, İsa Qəmbər kardioloqa müraciət edib: “Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir”.

Arif Hacılı deyib ki, İsa Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.
13.01.2018 20:14:00
Oxuma sayı: 474