Tomris Azəridən ABŞ-da yaşayan azərbaycanlılara çağırış
Ölçü:

“ABŞ-da yaşayan azərbaycanlılara yalvarıram ki, Konqresin nümayəndələri ilə tanış olun. Hər bir Konqres təmsilçisinin sizə yaxın bir ofisi var. Onların qapısını döyün, özü orada olmasa belə, işçilərlə dost olun”.

Koordinat.az
-ın məlumatına görə, bu fikirləri Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri bildirib.“Onlara deyirəm ki, həmin ofislərdə sizi qarşılamalı və dinləməlidirlər.  Mövzularınızı yaxşı bilin. Həmin ofislərin nümayəndələrinin öz rayonlarında bir azərbaycanlı icmasının olduğunu bilmələri vacibdir. Bunu təkrar-təkrar söyləyirəm və hər kəsə yol göstərib kömək edə bilərəm. Yaxın olsa, mən də sizinlə görüşə gedərəm. Biz onlarla yaxşı münasibət qurmalıyıq”.

Tomris Azəri deyir ki, aksiyalar keçirmək vaxtı artıq çoxdan keçib: “Xalqımıza ən vacib təklifim odur ki, ingilis dilini yaxşı öyrənsin. Bu ölkədə yaşayırsan... bunu deyərkən, nənəm yadıma düşdü, biz Amerikaya gələndə qoca nənəm, ingilis dilini öyrənmək üçün gecə məktəbinə getdi və bununla qürur duyurdu. Yaşadığınız ölkənin dilini öyrənin ki, problemlərimizi anlasınlar”.

01.11.2019 09:45:00
Oxuma sayı: 38