İlham Əliyev: "Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım”
Ölçü:

“Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir”.

Koordinat.az
xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşündə xatırladıb.  Ölkə başçısı əlavə edib ki, ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir: “Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi”.(unikal.org)
31.10.2019 18:06:00
Oxuma sayı: 31