Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı
Ölçü:



Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb.

Koordinat.az
-ın Rusiya KİV-ə istinadən məlumatına görə, buna səbəb “Lukoyl”un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub.

Moskva birjalarında “Lukoil”in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib.

Analitiklər “Lukoyl”un aksiyalarının dəyərinin bir qədər də artacağını proqnozlaşdırırlar.
13.01.2018 19:41:00
Oxuma sayı: 332