Türkiyə Suriyanın 18 hərbçisini ruslara təhvil verəcək
Ölçü:


Türkiyənin Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında, Rəsulayn bölgəsində ələ keçirilən Suriya ordusunun əsgərlərinin aqibəti ilə bağlı açıqlama verib.

Koordinat.az
TRT telekanalına istinadən xəbər verir ki, nazir bununla bağlı Rusiya ilə danışıqlar aparıldığını deyib. Onun sözlərinə görə, hazırda 18 suriyalı əsgərin Rusiyaya təhvil verilməsi üçün rəsmi Moskva ilə danışıqlar aparılır: “18 əsgər sağ ələ keçirilib. Onların arasında yaralı olan iki nəfərə tibbi yardım göstərilib. Əsgərlərin ruslara təhvil verilməsi üçün danışıqlar aparılır”.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi oktyabrın 29-da Rəsulayn bölgəsində Suriya ordusunun 18 əsgərinin ələ keçirildiyini açıqlayıb.

31.10.2019 17:43:00
Oxuma sayı: 27