Müxalifət bələdiyyə çekilərində iştirak etməyəcək?
Ölçü:


Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, müraciət edən namizədlərdən 2896-sı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə qanunauyğun şəkildə MSK-da baxılır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Amma Azərbaycanda fəaliyyət göstərən müxalif siyasi partiyalar bu seçkidə iştirak etmək niyyətində deyil. İndiyədək nazmizədliyini irəli sürmüş çəxslər arasında hələlik müxalif partiyaların nümayəndələri yoxdur.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

31.10.2019 17:17:00
Oxuma sayı: 33