Prezident Yevlax və Xaçmazın yeni icra başçılarını qəbul edib - FOTO
Ölçü:

Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

Koordinat.az
xəbər verir ki, görüşdə çıxış edən Prezident yeni təyin olunmuş icra başçılarına öz tapşırıq və tövsiyələrini çatdırıb: "Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız".
31.10.2019 15:54:00
Oxuma sayı: 25