FHN-in Akademiyasında 391 kursant qış imtahanları verir  
Ölçü:



Azərbaycandakı digər ali təhsil ocaqları kimi, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da  qış imtahan sessiyası davam edir.

Koordinat.az-ın Akademiyandan əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsinin bakalavriat və magistratura səviyyələrində əyani təhsil alan kursant və magistrantlar üçün qış imtahan sessiyasının Akademiya rəisinin müvafiq əmri ilə təsdiq olunub.

Qış imtahan sessiyası dövründə bakalavriat səviyyəsi üzrə 16 taqımın tərkibində 391 nəfər kursant və müdavim bütövlükdə 43 fənn üzrə imtahan verəcək.

Bu imtahanlar 4 fənn üzrə praktiki hazırlıqdan normativlər olacaq, 5 fənn üzrə yazılı, qalan 34 fənn üzrə isə test üsulu ilə yeni proqram təminatı əsasında kompüterlə aparılacaq.

Magistratura səviyyəsində I kursda 8 fənn, II kursda isə 9 fənn üzrə olmaqla 6 qrupun tərkibində 26 nəfər magistrantın yazılı imtahanları davam etdirilir.

13.01.2018 16:15:00
Oxuma sayı: 941