Rusiya DİN-i işçilərini Türkiyədə tətil etməkdən çəkindirib  
Ölçü:



Rusiya Daxili İşlər Nazirliyi işçilərinin tətil edə biləcəkləri ölkələr siyahısına Türkiyə və Misiri daxil etməyib.

Koordinat.az
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyası rəsmi saytı vasitəsilə işçilərinin tətil edə biləcəkləri siyahını açıqlayıb.

Siyahıya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan, Özbəkistan, Kuba, Vyetnam, Fələstin və Çin daxil edilsə də, rus turistləri üçün daha populyar ölkə sayılan Türkiyənin adı yoxdur.

Bundan əlavə açıqlamada Qazaxıstan, Qırğızıstan, Tacikistan turlarının az inkişaf etdiyi və Türkmənistan üçün isə viza tələb olunduğu bildirilib.

Qeyd edək ki, ötən illərdə bu siyahıda Suriya, Tunis, Tayland, Myanmardan əlavə olaraq  Misir və Türkiyə də yer alırdı.
13.01.2018 13:12:00
Oxuma sayı: 354