Bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 3 partiya müraciət edib
Ölçü:


 Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyaların adları açıqlanıb.  

Koordinat.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib. Qeyd edilib ki, bu günə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət edib.  Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasıdır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

28.10.2019 16:26:00
Oxuma sayı: 201