41 yaşlı kişi "Oba" marketdən ərzaq oğurlayıb qaçanda tutuldu
Ölçü:



Bakıda marketdən ərzaq oğurlayan şəxs tutulub.

Koordinat.az xəbər verir ki, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “OBA” marketdən ərzaq məhsulları oğurlayan şəxsi qaçarkən yaxalayıb. Məlum olub ki, marketdən ərzaq götürüb qaçan şəxs Salyan rayon sakini 1977-ci il təvəllüdlü Nuralıyev Qabil Nazim oğludur. O, ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
13.01.2018 10:48:27
Oxuma sayı: 61