Bakıda 60 yaşlı qadını boğub öldürdülər
Ölçü:



Bakıda qətl törədilib.

Koordinat.az Sputnik-ə istinadən xəbər verir ki, yanvarın 10-da Yasamal rayonu Qanlı göl qəsəbəsində həyət evində 1958-ci il təvəllüdlü Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Aparılan araşdırmalar zamanı qadının boğularaq öldürüldüyü üzə çıxıb və hadisəni törətmiş Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü İbrahimov Cavad Məmmədkərim oğlu tutulub. Məlum olub ki, o, daha əvvəl də məhkumuq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
13.01.2018 11:13:00
Oxuma sayı: 476