2020-ci ilin büdcəsinin ən zəif 2 bəndi
Ölçü:


2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Bu isə o deməkdir ki, gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox proqnozlaşdıırılıb.

Koordinat.az xəbər verir ki, bunu iqtidasçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir.

Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir.

İqtisadçı alim gələn ilin dövlət büdcəsinin ikinci zəif bəndi kimi büdcənin kəsirinin böhran həddini keçəcəyini göstərir. Onun sözlərinə görə, 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir.

"Digər narahatlıq yaradan tendensiya gələn il üçün proqnozlaşdırılan büdcə kəsirinin ötən ilə nisbətən 12,5 dəfə çox olmasıdır" - deyə, Qubad İbadoğlu əlavə edib
26.10.2019 10:47:00
Oxuma sayı: 41