Mikayıl Cabbarov bəstəkarın oğluna vəzifə verib
Ölçü:


Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub. Mikayıl Cabbarovun əmri ilə Ülvü Mansurov nazir müşaviri təyin olunub.

Koordinat.az xəbər verir ki, bu təyinat hələ 2017-ci ilin sonunda reallaşıb.  Ülvi Mansurovun təyinatından sonra Mərkəzi Bankın sabiq əməkdaşı Xəqani Abdullayev, Təhsil Nazirliyinin keçmiş işçiləri Elnur Əliyev, Camal Qasımov da yeni müşavirlər sırasında yer alıb.

Xatırladaq ki, Ülvi Mansurov  2 ay əvvəl "Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət "Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də "Kapitalbank”da sədr müavini postlarını tutub.


Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.

12.01.2018 21:14:00
Oxuma sayı: 97