Universitet cavab verdi: "İbad Hüseynovun "Milli Qəhrəman" kimi təqdim olunması mexaniki səhv olub"
Ölçü:


Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Qarabağ müharibəsinin iştirakçısı İbad Hüseynovu  fəxri döş nişanı ilə təltif edərkən onu vəsiqədə "Milli Qəhrəman" kimi təqdim erməsi böyük qalmaqala səbəb olub.

Koordinat.az
xəbər verir ki, rektorun bu hərəkəti sosial şəbəklərdə ciddi etirazlarla qarşılanıb. Bundan sonra Memarlıq və İnşaat Universiteti İbad Hüseynovla bağlı yanlışlığa aydınlıq gətirib. Universitetin mətbuat katibi  Nəcibə Mirzəyəva rektorun Qarabağ müharibəsi iştirakçısını "Milli Qəhrəman" kimi təqdim etməsi barədə yayılan xəbərlərdə yanlışlıq olduğunu qeyd edib: “Universitetin rəhbərliyi 2012-ci ildə İbad Hüseynovun Qarabağ döyüşlərində xidmətlərini nəzərə alaraq, onu məzunu olduğu universitetin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin döş nişanı ilə təltif edib. Vəsiqədə mexaniki səhv kimi onun Milli Qəhrəman kimi təqdim olunması faktı dərhal düzəldilib və yeni vəsiqə İbad Hüseynova verilib. 6 ildən sonra bu məsələnin yenidən gündəmə gətirilməsi düşünürük ki, kimlərinsə marağında olan məsələdir. Azərbaycanın təhsil sistemində öz yeri və adı olan nüfuzlu bir universitetə, onun rəhbərliyinə qarşı bu cür çirkin kampaniya aparmaq jurnalist etikasına ziddir. Bəzi saytların, əsas da “reket” adını qazanmış saytların xüsusi canfəşanlıqla bu xəbəri tirajlaması məsələnin doğrudan da kimlərinsə marağında olduğunu təsdiqləyir. Ona görə dəyərli jurnalistlər, xəbəri yaymazdan əvvəl onun nə dərəcədə real olmasına diqqət yetirinlər”.

 
12.01.2018 17:49:00
Oxuma sayı: 203