Yaponiyada qar yolları bağladı
Ölçü:



Yaponiyanın Yapon dənizi sahilində yağan güclü yağış səbəbi ilə gecə saatlarında 430 nəfər qatarda ilişib qalıb.

Koordinat.az
xarici mediaya istinadən xəbər verir ki, JR East dəmir yolu şirkətinin Niiqata şöbəsinin sözçüsü Şiniçi Sekinin verdiyi məlumata görə, qatar cümə axşamı dayandırılıb və təxminən 15 saat sonra səhər saat 10-da yenidən hərəkət etməyə başlayıb.

Seki bildirib ki, dörd vaqondan ibarət qatar Niiqata şəhərindən cümə axşamı 1 saat gecikmə ilə axşam saat 4:25-də yola çıxıb. Qar çoxaldıqca, qatarın təkərləri artıq düzgün dönə bilmirdi və saat 7-də iki stansiya arasında dəmiryolu keçidində dayanıb.

Rəsmilər dərin qar və qaranlıq səbəbilə bütün sərnişinləri evakuasiya etməyin çox riskli olduğuna qərar verib. Qatarda elektrik və istilik işləyirdi. Özlərini yaxşı hiss etmədiklərini deyən beş sərnişin təxliyyə edilib.

Ailələri gələn bəzi sərnişinlərə dəmiryolu işçilərinin yardımı ilə gün doğandan sonra qatarı tərk etməyə icazə verilib.

Cümə günü qatarlar gecikməyə və təxirə salınmağa davam edib. Seki sərnişinlərə verilən böyük narahatlığa görə üzr istəyib.

12.01.2018 20:47:00
Oxuma sayı: 83