Bu gecə Babək prospekti rənglənəcək
Ölçü:


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 23:00-dan səhər saatlarınadək Babək prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Koordinat.az -a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
23.10.2019 17:40:00
Oxuma sayı: 25