Ölkəyə pirotexniki vasitələr keçirmək istədi
Ölçü:



Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Honda Ridgeline" markalı avtomobil ilə gələn Rusiya Federasiyası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Koordinat.az-a verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı avtomobilin yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən ümumilikdə 5725 ədəd üzərlərində "Firewok star 16", "Firewok powerful ligth 49", "Firewoks 36", "Bang crackling" və "Big silver cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
23.10.2019 11:54:00
Oxuma sayı: 170