Ən yaxşı pensiya sistemi olan ölkələr - Azərbaycan siyahıda yoxdur
Ölçü:


“Mercer” beynəlxalq konsaltinq şirkəti Monaş Universitetinin Melburn Maliyyə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə birgə dünyanın pensiya sistemlərinin növbəti reytinqini (“Melbourne Mercer Global Pension Index” – MMGPI-2019) tərtib ediblər.

Koordinat.az xəbər verir ki, tədqiqatçılar dünya əhalisinin təxminən 63 faizinin yaşadığı 37 fərqli ölkənin pensiya sistemlərini araşdırıb və nəticədə siyahı tərtib ediblər (2009-cu ildə reytinqin ilk buraxılışında cəmi 11 ölkə təhlil olunub). Reytinq cədvəlində  yer almış ölkələrin pensiya sistemləri 4 əsas qrupa bölünüb – A-dan (birinci dərəcəli və etibarlı, fayda gətirən, sabit, davamlı və s.) D-dək (sistemdə ciddi çatışmazlıqlar mövcuddur ki, onları aradan qaldırmaq gərəkdir).

Ən yaxşı pensiya sistemi olan ölkələrin reytinqi:
Niderland
Danimarka
Avstraliya
Finlandiya
İsveç
Norveç
Sinqapur
Yeni Zelandiya
Kanada
Çili
İrlandiya
İsveçrə
Almaniya
Böyük Britaniya
Honkonq
ABŞ
Malayziya
Fransa
Peru
Kolumbiya
   
23.10.2019 10:31:00
Oxuma sayı: 35