Gələn il deputatlarının maaşının maliyyələşməsinə 5,3 milyon manat xərclənəcək
Ölçü:

Gələn il üçün dövlət büdcəsindən Milli Məclis deputatlarının əmək haqqı və parlamentin ezamiyyə xərclərinə ayrılan vəsaitin məbləği məlum olub.

Koordinat.az
xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinə əsasən, Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min  manat, ezamiyyə xərclərinə isə 1 milyon, 830 min manat vəsait ayrılacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.
 

22.10.2019 15:12:00
Oxuma sayı: 237