Ərdoğan İranın Suriya ilə bağlı mövqeyini qınadı
Ölçü:


“Bizim İranın nüvə proqramı ilə bağlı mövqeyimiz bəllidir. Buna baxmayaraq, təəssüf ki, Suriyanın şimalında apardığımız hərbi əməliyyatlarla bağlı ("Barış bulağı" hərəkatı) İrandan xoş olmayan səslər çıxır”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

“İran tərəfindən verilən bəzi açıqlamalar narahatlığa səbəb oldu. Bu açıqlamalar İran Prezidenti cənab Həsən Ruhani tərəfindən verilməsə də, gərək o, həmin açıqlamaları verənləri susduraydı. Bu məsələdə İranı ciddi şəkildə qınayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
22.10.2019 12:54:00
Oxuma sayı: 231