Azərbaycanda narkotikə görə tutulanların sayı açıqlandı
Ölçü:


2019-cu ilin 9 ayı ərzində cinayət məsuliyyətinə 2618 nəfər cəlb edilib.
Bu barədə Koordinat.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata görə, onlardan 16-18 yaşadək 8 nəfər, 18-25 yaş 209 nəfər, 26-29 yaş 397 nəfər, 30 yaşdan yuxarı isə 2004 nəfər təşkil edir.
Məsuliyyətə cəlb olunanlardan 199 nəfəri fəhlə, 6-sı qulluqçu, 4-ü maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 7-si kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 8-i əvvəllər xüsusi qeydiyatda olan, 1827-si işləməyən, 2549-u kişilər, 69-u qadın, 73 nəfəri xarici ölkə vətəndaşı, o cümlədən 7-si MDB vətəndaşı olub.
Əcnəbilərdən 55-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 3-ü Rusiya, 3-ü Türkiyə, 4-ü Ukrayna, 2-si Pakistan, 1-i Braziliya, 1-i Braziliya vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından 613 kq müxtəliv növ narkotik vasitə götürülüb.

21.10.2019 19:20:00
Oxuma sayı: 26