Əsəd qüvvələri Türkiyə ordusunu mühasirəyə aldı
Ölçü:

Suriyanın şimal-şərqində Türkiyə ordusunun bir qrup hərbçisi mühasirəyə düşüb.

Koordinat.az xəbər verir ki, bu barədə Suriya parlamentinin deputatı Canset Kazan açıqlama yayıb.

“Suriya ordusu Ras-əl-Ayn şəhərini mühasirəyə alıblar. Ehtimal var ki, türk ordusunun hissələri də içəridə yerləşib. Lakin bu çox çəkən deyil, onların geri çəkiləcəyini düşünürəm. Türkiyə ordusu tam olaraq hökumət qüvəvləri tərəfindən mühasirədədir. Ona görə biz qorxmuruq”- deyə xanım deputat deyib.

O, Ras-əl-Ayn şəhəri ilə yanaşı, Tel-Abyad şəhərinin də Suriya ordusu tərəfindən azad ediləcəyini ümidini ifadə edib.

Maraqlıdır ki, “Reuters” agentliyi kürdlərin YPG birləşmələrinin çıxmasından sonra Ras-əl-Ayna Türkiyə ordusunun və onun müttəfiqlərinin daxil olduğunu yazır.

Türkiyə ilə ABŞ arasında razılaşmaya əsasən, kürd qruplaşmaları yaxın saatlarda Suriyanın şimalında Türkiyə sərhədi boyunca 30 kilometr geri çəkilməlidir.

21.10.2019 15:41:00
Oxuma sayı: 35