Avropa Şurasının Komissarı Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi: "Ölçüsüz güc tətbiq etməsini pisləyirik"
Ölçü:

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç oktyabrın 19-da Bakıda polis zorakılığını pisləyib.

Koordinat.az "Turan"a istinadən bildirir ki, Miyatoviç  bu gün  bəyanatla çıxış edib: “Həftə sonu Bakıda baş verən hadisələr, polisin icazəsiz mitinqləri dağıtması Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüququ ilə bağlı ciddi narahatlıq doğurur”. D.Miyatoviç bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyir: “Hakimiyyəti israrla davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram. Hakimiyyət həmçinin sərbəst toplaşmaq azadlığına tam riayət olunmasını təmin etməlidir”.

“Başa düşürəm ki, saxlanılanların əksəriyyəti azad edilib, hakimiyyəti hələ də həbsdə olan dinc nümayişçiləri də azad etməyə çağırıram”, -deyə Miyatoviç bəyanatında qeyd edib.

 

21.10.2019 14:37:00
Oxuma sayı: 36