Tofiq Yaqublunun qabırsağı sınıb - təcili yardımla hospitala aparılıb
Ölçü:

Milli Şuranın oktyabrın 19-da Bakıda keçirdiyi icazəsiz mitinq zamanı həbs olunan Tofiq Yaqubluya işgəncə verilib, polis əməkdaşları tərəfindən döyülərkən onun qabırğası da sınıb.

Koordinat.az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun ıqız Nigar Həzi məlumat yayıb.Nigar Həzi özünün "Facebook" səhifəsində yazıb ki, atasının bir saat əvvəl təcili tibbi yardım maşını ilə hospitala aparıblar: "Ancaq hara aparıldığı bilinmir. Məlumat verilməsini gözləyirəm. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri 5-6 dəfə ona baş çəkməyə cəhd etsələr də, icazə verilməyib”

Bundan bir qədər əvvəl isə Nigar Həzi "Facebook" səhifəsində bunları yazmışdı: "İndicə ata zəng etmişdi. Ona şiddətli işgəncələrin verildiyini dedi. Qabırğası sınıb. Təcili həkim müayinəsi tələb edir. Günorta saat 2-dən sonra görüşə gedəcəm. İndi isə vəkili ilə görüşüb müqavilə imzalayacam. Sonra vəkili görüşə gedecək..."
21.10.2019 14:11:00
Oxuma sayı: 29