Elektrik stansiyaları özəlləşdirilməyəcək - “Azərenerji”nin sözçüsü
Ölçü:

“Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməyə getməsi və bununla bağlı hökumətlə səhmdar cəmiyyət arasında danışıqların yekunlaşması barədə məlumat yayılıb.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlarda Mingəçevirdəki “Azərbaycan” İES istisna olmaqla bütün elektrik stansiyalarının mərhələli şəkildə özəlləşdiriləcəyi deyilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Bu məlumat hardan alınıb və ya quraşdırılıb bilmirəm, belə bir şey yoxdur”.

 


21.10.2019 12:48:00
Oxuma sayı: 31