Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi oldu - 22-ci dəfə
Ölçü:


ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.

Koordinat.az xəbər verir ki, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb. Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.
12.01.2018 14:57:57
Oxuma sayı: 466