Vəkil olmaq istəyənlər imtahan verəcək
Ölçü:


Vəkillər Kollegiyası vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Kollegiyadan Koordinat.az-a verilən məlumata görə, vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.

Namizədlər sənəd qəbulu 9 dekabr 2017-ci il tarixdə başlamış, bu ilin yanvar ayının 11-də yekunlaşmışdı. Sənəd qəbulu nəticəsində namizədlərin sayı 2000-ə yaxın olub
12.01.2018 13:59:00
Oxuma sayı: 143