“Barış pınarı” dayanmayıb - Çavuşoğludan açıqlama
Ölçü:


“ABŞ ilə bir nəticə əldə edə bilmədiyimiz üçün “Barış pınarı” hərəkatını başlatmışıq. Məqsədimiz, bölgənin terrorçulardan təmizlənməsidir”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib: “ABŞ-ın vitse-prezidenti ilə müzakirələrdə cənab prezidentimizin qətiyyətli liderliyi nəticəsində istədiklərimizi əldə etdik. ABŞ tərəfi Türkiyənin təhlükəsizlik maraqlarının qorunması baxımından Suriyanın şimalında təhlükəsiz bölgənin əhəmiyyətini qəbul etdi. Buranın Türk Silahlı Qüvvələri tərəfindən nəzarət edilməsində tam razılaşma təmin olundu. Beləliklə, ABŞ tərəfi hərəkatımızın və hədəflərimizin şərtlərini qəbul etmiş oldu və bundan sonrakı zamanda təbii ki, hamı ilə bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik. Digər tərəfdən, YPG-nin ağır silahlarının toplanması, mövqelərinin  məhv edilməsi məsələsində razılığa gəldik”.

Çavuşoğlu qeyd edib ki, Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında siyasi prosesə bağlılığı bir daha diqqətə çatdırılıb: “Görüşlərdə ABŞ-la iki NATO müttəfiqi olaraq aramızdakı həmrəyliyi də qeydə aldıq. PKK/YPG-nin 120 saat içində təhlükəsiz ərazidən çıxması üçün “Barış pınarı” əməliyyatına fasilə verəcəyik, dayandırma deyil, fasilə verəcəyik. Bu bir atəşkəs deyil, atəşkəs ancaq iki qanuni dövlət arasında olur. Biz sadəcə əməliyyatın hədəfi olan terrorçuların təhlükəsiz bölgədən çıxması üçün hərəkata fasilə veririk. Ancaq təhlükəsiz bölgədən, buradan bu terror ünsürləri tamamən çıxandan sonra hərəkatı tamamilə dayandıra bilərik".

"Biz əməliyyatlara fasilə verdiyimiz müddətdə ABŞ tərəfi sanksiyaları dayandıracaq və daha sonra bir az əvvəlki şərtlər reallaşdırıldığından sonra, yəni bu 120 saat ərzində ancaq YPG ünsürləri çıxdıqdan sonra hərəkatı dayandıra bilərik və bu mərhələdən sonra hazırda mövcud olan sanksiyalar ləğv ediləcək”, - deyə Çavuşoğlu bildirib.

18.10.2019 13:07:00
Oxuma sayı: 230