İsgəndər Həmidov: "AXH-nin qurultayına hazırlaşırıq"
Ölçü:


“Səhhətim də qaydasına düşdüyündən sözsüz olaraq, Azərbaycan Xalq Hərəkatında işlərimizə davam edəcəyik”.

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbəri İsgəndər Həmidov söyləyib. O, özünü yaxşı hiss etdiyini vurğulayıb: “Rayonlarda iclaslar keçirilib, qurultay nümayəndələri seçilir. Bu işlər tamamlananda qurultayımız baş tutacaq. Gələn ayın ortalarına düşünmüşük. Hələ dəqiq vaxtını həll etməmişik”.

İsgəndər Həmidov səhhətilə bağlı da danışıb: “Mən Türkiyədə iki əməliyyat keçirdim. Üçüncü əməliyyatım isə qalıb. Onu yazda- mart, ya aprel ayında həyata keçirəcəyik. Orqanizmim zəiflədiyinə görə, həkimlər dedi ki, üçüncü əməliyyata bədən dözməz. Amma əvvəlkinə baxanda özümü çox yaxşı hiss edirəm”.
18.10.2019 12:56:00
Oxuma sayı: 34