Oqtay Şirəliyev də yola salınır?
Ölçü:

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə "gununsesi.org" Səhiyyə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib. Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.

Qeyd edək ki, yeni baş nazir təyinatından sonra bəzi hökumət üzvlərinin də yola salınacağını barədə xəbərlər dolaşırdı.

18.10.2019 12:07:00
Oxuma sayı: 82