Bakıda bu yollar bağlanır
Ölçü:


Paytaxtın Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  bildirib. O qeyd edib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
12.01.2018 12:50:11
Oxuma sayı: 1378