Dilqəmin oğlu Polad Bülbüloğludan tələb edir: “Şərait yarat, mən də atamı ziyarət edim”
Ölçü:


Hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilməsi birmənalı qarşılanmayıb. Erməni qarıya qarşı bu cür isti və qayğıkeş münasibət ermənilərin 3 ilə yaxındır girovluqda saxladığı Dilqəm Əsgərovun da ailəsinin qəzəbinə səbəb olub.

Koordinat.az xəbər verir ki, kəlbəcərli girovun ailəsi erməni qadının Bakıya gəlməsinə xüsusi dəstək verdiyinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan onlar üçün də analoji şərait yaradılmasını tələb edir. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında Polad Bülbüloğluna üz tutaraq atası ilə görüşə dəstək olmasını istəyib: “Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. 2 il 6 aydı atamın səsini eşitmirəm. Necə olur, erməni Bakıya əlini-qolunu sallaya-sallaya gələ bilir. Hətta burda keflə qarşılanır, yola salınır, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək vəhşicəsinə işgəncələrə məruz qalır. Ömürlük həbs verilir. Budurmu, insanlıq, humanizm?”.
31.03.2017 21:54:00
Oxuma sayı: 20175