İlham Əliyevdən gözlənilməz açıqlama: "İqtidar daxilində bəzi məmurlar islahatlara mane olur”
Ölçü:

Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlara iqtidar daxilində mane olmaq istəyənlər var.

Koordinat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün hökümət üzvləri ilə keçirdiyi müşavirədə bildirib. Dövlət başçısı aparılan islahatlara qarşı olanlara barədə açıq danışıb: “İslahatlara iqtidar daxilində bəzi məmurlar mane olur. Onlar hər vəchlə işimzə mane olur, kadrları mətbuatda qaralayırlar. Hökumətin bir üzvü digərini şantaj edir, ləkələyir. Bu dözülməz vəziyyətdir. Əgər kimsə hesab edirsə bununla barışmalıyıq, səhv edir. İslahatların alternativi yoxdur. Kim qarşı çıxır, altdan-altdan işə mane olur, bu adamlarla bir yolun yolçusu ola bilmərik. Hər kəs sözümüzü eşitsin. Çöx güclü siyasi iradə ortaya qoyulub. Şəffaflıq siyasətimizi bayraq etməkdə heç kim bizə mane ola bilməz”.

Prezident dövlət büdcəısinin xərclərinnin bilərəkdən şişirdildiyini də dilə gətirib. O, gələn ilin büdcə xərclərinə ciddi şəkildə baxmalmasına dair hökumətə tapşırıq verib: "Hökumət təkliflər versin, ilin sonuna qədər baxılacaq. Bütün dövlət orqanlarına deyirəm. Pis öyrəşiblər. Büdcə üçün havadan götürülmüş rəqəmlər verirlər. Hardan götürürlər bunu? Havadan. Araşdırma aparıb görürük şişirdiblər. Nə üçün? Aydın məsələdir. Buna son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər.”.

16.10.2019 19:16:00
Oxuma sayı: 70