Prezident Mikayıl Cabbarovla Sahil Babayevdən razılıq etdi
Ölçü:

“Bizim əsas vəzifəimiz islahatları dərinləşdirməkdir. Ölkədə islahatlar uğurla gedir. Beynəlxalq təşkilatlar  bunu yüksək qiymətləndirir”.

Koordinat.az xəbər verir ki, bunu prezident İlham Əliyev hökümət üzvləri ilə bu gün keçirdiyi müşavirədə bildirib. Dövlət başçısı qeyd edib ki, rəy sorğularına əsasən, ölkə əhalisinin mütləq əksəriyyəti hökumətin siyasətini dəstəkləyir: "Bu, bizə güc verir və islahatları daha böyük həvəslə aparırıq”.

Prezident bildirib ki, korrupsiyaya qarşı  amansız mübarizə aparılmalıdır: “Bu mübarizə bizi qane edə bilməz. Bu, keçmişdən qalan acı mirasımızdır.  Buna qarşı təkcə hüquq-mühafizə orqanları deyil, vətəndaşlar da mübarizə aparmalıdır. İctimai nəzarət güclü olmalıdır. Vətəndaşlar da öz növbəsində məlumat verməlidir. İctimai nəzarət fəal olmalıdır”.

Dövlət başçısı qeyd edib ki, yeni hökumət qarşısında bir sıra vəzifələr qoyulub: "İslahatlar aparılmalıdır. O cümlədən kadr islahatları aparılmalıdır. Müasir iqtisadiyyatı bilən gənc kadrlar işə cəlb edilməlidir. Köhnə kadrlarla necə irəli gedə bilərik? Biz bilirik ki, rezervlərimiz çoxdur. Əgər hər hansı bir quruma- dövət ya özəl quruma təmiz, vətənə bağlı kadr gətiririksə, orada dərhal dəyişiklik görünür. Elə sahələr var ki, hesab olunurdu orada islahat aparıla bilməz, biabırçı vəziyyətdə qalacaq.  Vergilər naziri islahatlar apardı.  Eləcə də sosial müdafiə naziri  ciddi islahatlar aparır”.
16.10.2019 17:52:00
Oxuma sayı: 99