Fuad Qəhrəmanlının xanımı rəsmi ərizə ilə Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO
Ölçü:



AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur növbəti dəfə Baş prokurora müraciət edib.

Koordinat.az xəbər verir ki, Fuad Qəhrəmanlının xanımı yenidən açıqlama yayaraq ərindən şikayətçi olmadığını bildirib. O, bununla bağlı Baş Prokuror Zakir Qaralova ərizə ilə rəsmi qaydada müraciət etdiyini də deyib.

Zümrüd Yağmur Baş prokurora ünvanladığı ərizənin fotosunu da sosial şəbəkə hesabında paylaşıb.

Xatırladaq ki, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb. O, yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq etməkdə günahlandırılır.
16.10.2019 18:53:00
Oxuma sayı: 41