Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı
Ölçü:



Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran maşın ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.
Koordinat.az xəbər verir ki, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb. Artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.

16.10.2019 18:40:00
Oxuma sayı: 31