Bu rayonda 70-ə yaxın ev qazsız qaldı
Ölçü:


Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran maşın 76 millimetr diametrində olan qaz kəmərini qırıb.
Bu barədə Koordinat.az -a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb.
Həmçinin artıq bərpa işlərinə başlanılıb və işlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.
16.10.2019 17:00:00
Oxuma sayı: 34