Başqanlığa və Məclisə seçilməyən Tofiq Yaqublu: “Heç yerə getməyəcəyəm”
Ölçü:

"Müsavat Partiyasından heç yerə getmək fikrim yoxdur".

Koordinat.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanlığına namizəd olmuş Tofiq Yaqublu APA-ya müsahibəsində bildirib. O, qeyd edib ki, müsavatçılar təklif verib onu partiyadan çıxara bilərlər: "Bunu Nizamnamə çərçivəsində edə bilərlər. Məncə, indiki şəraitdə səs çoxluğu qazanmaq da problem deyil. Amma mən qurultay başlamamışdan əvvəl Tofiq Yaqublu olaraq mövqeyimi ortaya qoymuşam. Əvvəlcədən Məclis üzvlüyünə namizəd də olub, ərizəmi yazmışam. Dedim ki, mübarizə aparmağa çalışaram, Məclisə də namizədliyimi vermişdim. İndi belədir, müsavatçılar məni qəbul etmir, nə edə bilərəm? Özümü zorla sevdirə bilmərəm. Şəxsi mənada bəyənmirlər. Mən qurultayda çıxış edəndə qrupların necə çıxış etdiklərini, münasibətlərini görürdüm. İnsaf, vicdan özlərinindir. Çıxışım ortadadır, danışa biləcəyim həqiqətlərin heç yüzdə biri deyildi. Danışdıqlarımın da hamısı həqiqətdir. Məsələn, mən orada çıxışımda dedim ki, tutaq ki, Tofiq Yaqublu prokurorluğa çağırılır, digər hadisələr baş verir, amma Müsavat Partiyasının prezidentliyə namizədi sosial şəbəkədəki səhifəsində futbol üzrə Azərbaycan-Xorvatiya oyunu barədə təhlil yazır. Bu da adekvat deyil, müsavatçı, demokratiya uğrunda mübarizə aparan bundan nəticə çıxarmalıdır. İndi müsavatçılar qərara gəlirlər ki, elə lazım deyil, məhz bu cür olmalıdır, bu da onların seçimidir. Mən onların istədikləri, arzuladıqları kimi müsavatçı ola bilmirəm. Özləri baxsınlar".

16.10.2019 14:33:00
Oxuma sayı: 37